Modern.az

İki kəndinin elektrik şəbəkəsi yenilənib

İki kəndinin elektrik şəbəkəsi yenilənib

26 Avqust 2021, 12:13

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

 

“Azərişıq”dan Modern.az-a verilən məlumata görə, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4 500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

 

Buzluq kəndi daxilində 5 500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

 

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi