Modern.az

“Azəriqaz” rəhbərliyi vətəndaşları dinlədi

“Azəriqaz” rəhbərliyi vətəndaşları dinlədi

27 Avqust 2021, 14:42

27 avqust 2021-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçirilib.

 

“Azəriqaz” İB-dən Modern.az-a verilən məlumata görə, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayonu sakinləri ilə videoformatda keçirilən görüş zamanı vətəndaşların müraciətlərini dinləyiblər.

 

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktorun müavinləri vətəndaşların müraciətlərinə operativ baxılması ilə bağlı müvafiq tapşırıqlarını veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub