Modern.az

İxtisas seçiminin nəticələri AÇIQLANDI

İxtisas seçiminin nəticələri AÇIQLANDI

Təhsil

3 Sentyabr 2021, 23:05

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, iş nömrəsinin sonuna 8 rəqəmini əlavə edib bütün mobil operatorlardan 7727-yə SMS göndərməklə müsabiqənin nəticələri ilə tanış olmaq mümkündür.

 

Abituriyent qəbul olduğu ixtisasın dövlət sifarişli və ya ödənişli olmasını bilmək üçün gələn ixtisas kodunu 7737-yə göndərərək bu barədə informasiya əldə edə bilər.

 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar