19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
8 Sentyabr 2021, 16:42 | İQTİSADİYYAT
Azercell şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək oldu

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvlərinə dəstək olaraq yeni sosial təşəbbüsə start verildi. Belə ki, “Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və  öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək.

 

Qeyd edək ki, təlimlər onlayn şəkildə həyata keçiriləcək.  Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihə çərçivəsində gənclərə peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək.  Layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru Azercell təmin edəcək.  Belə ki, iştirakçılara Azercell tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmCham-a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib.

 

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib.  Böyük amallar uğrunda canını fəda edən  hərbçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin  balacaların öz qəhrəman ataları haqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda şirkətin əməkdaşlarından ibarət “Azercell Könüllüləri” də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daima yüksək tutan Azercell şirkəti bundan sonra da hünərlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək.

 

 Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suqovuşana keçmək istədi - 10 sutkalıq həbs olundu 19 Oktyabr 2021, 10:31 Bakıda daha bir məktəb distant təhsilə keçdi 19 Oktyabr 2021, 10:25 Agentlikdən yeni LAYİHƏ 19 Oktyabr 2021, 10:20 Ordumuz Laçında hərbi təlimlərə BAŞLADI 19 Oktyabr 2021, 10:15 Slovakiyalı nazir Azərbaycana gəlib 19 Oktyabr 2021, 10:09 “Anna Akopyanın yalanlarını ifşa etmək borcum idi” 19 Oktyabr 2021, 10:05 Türkiyədə güclü zəlzələ olub 19 Oktyabr 2021, 10:00 Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?   19 Oktyabr 2021, 09:55 TÜRK PA baş katibindən ilk açıqlama - VİDEO 19 Oktyabr 2021, 09:50 Azərbaycan nefti ucuzlaşdı 19 Oktyabr 2021, 09:45 Vaşinqton-Ankara GƏRGİNLİYİ: F-35 proqramından çıxarılma Türkiyəyə milyardlarla dollar ziyan vurub 19 Oktyabr 2021, 09:40 Sentyabrda sosial ödəniş ALANLAR 19 Oktyabr 2021, 09:34 ADR Partiyasının təşkilat rəhbəri vəfat edib 19 Oktyabr 2021, 09:28 Ölkədə peyvəndlənənlər 50 faizə çatır  19 Oktyabr 2021, 09:24 Azərbaycan və Türkiyə deputatları Ankarada GÖRÜŞDÜLƏR 19 Oktyabr 2021, 09:20 Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ 19 Oktyabr 2021, 09:16 Bakıda COVID-19-a yoluxma AZALIB 19 Oktyabr 2021, 09:12 Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqladılar 19 Oktyabr 2021, 09:06 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:00 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15