Modern.az

Təhsil nazirindən beynəlxalq ictimaiyyətə çağırış

Təhsil nazirindən beynəlxalq ictimaiyyətə çağırış

Təhsil

9 Sentyabr 2021, 12:27

Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində şagirdlər həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: "Bütün dünya ictimaiyyəti törədilən bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı #EducationUnderAttack və #UnitetoProtect həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq".

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!