28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
15 Sentyabr 2021, 11:00 | AKTUAL
Subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqləndi

Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur. Sığortalanacaq məhsulların siyahısını hər il Şura müəyyən edəcək. Adı çəkilən bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyalar aqrar sığorta müqaviləsi imzalanmaqla ayrılacaq. Sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida ilə təminatı, o cümlədən heyvandarlığın inkişafı və ixrac imkanları üçün mühüm rola malikdir. Eləcə də bu bitkilərin becərilməsi ilə minlərlə fermer, sahibkar, yüz minlərlə bölgə əhalisi məşğul olur. Həmin sahələrin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradacaq, fermerlərin gəlirlərini və qazancını qoruyacaq, eləcə də bölgə əhalisinin davamlı məşğulluğuna dəstək verəcək.

 

Xatırladaq ki, yeni tələb ölkə üzrə təsərrüfatların sayca cüzi hissəsini əhatə edir. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da dövlət tərəfindən fermerlərə ödənilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir və fermerlər üçün əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

 

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini əsas risklərdən – təbii fəlakət, fırtına, qasırğa, dolu, yanğın və 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Əlavə ödəniş müqabilində əkin sahələrini bitki xəstəlikləri və ziyanvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Qısa müddətdə ölkənin əksər rayonunda aqrar sığorta geniş tətbiq edilir. Artıq sığorta hadisələri üzrə ödənişlərin verilməsinə də başlanılıb.

 

Fermerlər əkin sahələrini sığortalamaq üçün əkinlərin bəyanından əvvəl birbaşa olaraq Aqrar Sığorta Fonduna, aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin yerli ofislərinə müraciət edə və yaxud 1651 nömrəsinə zəng edə bilərlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda saxta vaksin sənədi verən şəxslərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56
SORĞU Hansı vaksinə etibar edirsiniz?