Modern.az

Azərbaycanda yoluxma və ölüm sayında AZALMA

Azərbaycanda yoluxma və ölüm sayında AZALMA

Aktual

15 Sentyabr 2021, 18:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 465390 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 420025 nəfər müalicə olunaraq sağalıb, 6195 nəfər vəfat edib, aktiv xəstə sayı 39170 nəfərdir.

 

Ölkədə son sutka ərzində 14972, hazırkı dövrədək isə 4690082 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi