Modern.az

Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Aktual

16 Sentyabr 2021, 11:57

Sentyabrın 15-i saat 1 radələrində 1992-ci il təvəllüdlü Cabir Abulovun bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Sabunçu Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla 1975-ci il təvəllüdlü İlqar İsmayılovun aralarında yaranmış münaqişə zamanı Cabir Abulova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi