Arxiv
16 Sentyabr 2021, 13:50 | AKTUAL
Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar”

“Gorus-Qafan yolunda təxribata cəhd edilməsi erməni təcavüzkarlarının ilk əməli deyil. Ermənilər Azərbaycanla qonşu dövlətlərin dostluq münasibətlərini, iqtisadi və siyasi əlaqələrini pozmağa çalışırlar”.

 

Bunu Modern.az-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılmasından danışarkən deyib.

 

Deputat qeyd edib ki, ermənilər öz məğlubiyyətini bu cür təxribatlarla soyutmağa çalışırlar:

 

“Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri aidiyyəti orqanlara dəvət edildi. Səfirlə aparılan danışıqlar zamanı məlum oldu ki, İranla əlaqələrdə bəzi məqamlara aydınlıq gətirilməlidir. İran narahatdır ki, ermənilər İranda yaşayan, hətta türk dilində danışan şəxslərə müxtəlif saxta sənədlər verir, vətəndaşları təxribata cəlb edirlər.

 

Bir sıra məqamlarda isə ermənilər bilərəkdən hadisələri şişirdərək, iki qonşu ölkənin - Azərbaycan və İran cəmiyyətlərinə təsir vasitəsi kimi istifadəyə cəhd edirlər. İran səfiri ilə müzakirələrdə bu kimi məsələlərə aydınlıq gətirildi.

 

Azərbaycanın qonşu ölkələrin heç biri ilə problemi yoxdur. Qafqazda yeganə ölkə Ermənistandır ki, daim regionun təhlükəsizliyinə təhdiddir. Ermənilərin gözü həmişə başqa xalqların, dövlətlərin süfrəsində olub. Ona görə, Qafqazda sülhü və əmin-amanlığı pozan Ermənistanın regiondakı inkişafdan kənarda qalması elə öz günahıdır”.

 

Xatırladaq ki, Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib.

 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov  iranlı sürücülərin saxlanıldığı barədə məlumatı təsdiqləyib. DİN rəsmisi qeyd edib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada uşaqların ölkədən çıxarılması qaydası sərtləşdirildi 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49