Arxiv
16 Sentyabr 2021, 14:30 | AKTUAL
Direktorun əmlakına həbs qoyuldu

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, istintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilmiş əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən olunub.

 

İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma- külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

 

Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul ilə alınıb, qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35 Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir? 16 Oktyabr 2021, 21:09