Arxiv
16 Sentyabr 2021, 15:33 | AKTUAL
XTQ ilə bağlı memorandumun əhəmiyyətindən danışıldı

Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında videoformatda ilk iclasına toplaşıb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda komitənin sədri Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı təqdim edib.

 

Bildirib ki, hesabat dövründə komitədə keçirilən 11 iclasda 21 məsələyə baxılıb. O cümlədən, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə və eyni zamanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsinə dair günün tələbindən irəli gələn qanun layihələrinə, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq olunmasına baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən qanun layihələrinin əksəriyyəti komitədə üç oxunuşdan keçib və parlamentdə qəbul olunub.

 

Hesabatda vurğulanıb ki, sessiya ərzində seçicilərin qayğıları diqqət mərkəzində saxlanılıb, komitəyə daxil olan 121 ərizə və şikayət araşdırılıb, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 55 məktub göndərilib. Digər müraciətlər isə  ictimai qaydada öz həllini tapıb. 

 

Ziyafət Əsgərov qeyd edib ki, hesabat dövründə komitə üzvləri sosial şəbəkələrdə fəallıq göstəriblər, ordumuza dəstəklə, həmçinin ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı KİV-lərdə sanballı məqalələrlə çıxış ediblər.  

 

Sonra onlayn iclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

 

Komitənin payız sessiyasında keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə də baxılıb,  sənədin əhəmiyyəti ətraflı şərh edilib.

 

Müzakirə zamanı komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülmüş işlər və payız sessiyası üçün iş planı barədə fikirlərini bildiriblər. Qardaş ölkələr olan Azərbaycanla Türkiyənin xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu yüksək qiymətləndirilib. Deputatlar komitənin işi ilə bağlı bir sıra təkliflərini nəzərə çatdırıblar.

 

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Komitənin iclasında deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Erkin Qədirli, Nurlan Həsənov, Kamal Cəfərov və Aqil Abbas, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42