Arxiv
16 Sentyabr 2021, 18:35 | AKTUAL
UNESCO-nun missiyası azad edilmiş ərazilərimizə gələ bilər

Özbəkistanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşündə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib. Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” beynəlxalq platforması haqqında məlumat verib. Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən “Bakı Prosesi” qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.

 

Görüşdə həmçinin Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyi, bu qədim yolun müasir inkişafdakı rolunu əhəmiyyətli hesab etdiyi vurğulanıb.

 

Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

 

Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb. 

 

Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Payızda yaz HAVASI 22 Oktyabr 2021, 07:57 Vətən müharibəsi xronikası - Bu gün Azərbaycan və İran sərhədi tam nəzarətə götürülüb 22 Oktyabr 2021, 07:50 Putindən sərhəd məsələsi barədə AÇIQLAMA 22 Oktyabr 2021, 00:56 Daha bir ölkə yerli raketini kosmosa göndərdi 22 Oktyabr 2021, 00:45 Putin Ərdoğanın bəyanatına münasibət bildirdi 22 Oktyabr 2021, 00:37 UEFA-dan "Qarabağ" PAYLAŞIMI 22 Oktyabr 2021, 00:32 Qırğızıstandan “Bayraktar” SİFARİŞİ 22 Oktyabr 2021, 00:27 Putin Zəngəzur dəhlizindən DANIŞDI 22 Oktyabr 2021, 00:10 İranla sərhədin tam nəzarətə götürülməsindən 1 İL KEÇİR 22 Oktyabr 2021, 00:06 Türkiyə əhalisinin 77%-i tam peyvəndlənib 21 Oktyabr 2021, 23:52 Putin Qarabağdan danışdı: “İlham Əliyev müdriklik nümayiş etdirdi” 21 Oktyabr 2021, 23:38 "Qarabağ" qələbəyə layiq idi" 21 Oktyabr 2021, 23:24 “Aufiderzeyn”: Merkel sonuncu dəfə Aİ sammitində iştirak edir 21 Oktyabr 2021, 22:51 "Qarabağ" "Kayrat"la oyunu qələbə ilə başa vurdu - YENİLƏNİB 21 Oktyabr 2021, 22:39 Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 22:22 İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş 21 Oktyabr 2021, 22:16 Pakistan XİN başçısı Kabilə səfər etdi 21 Oktyabr 2021, 21:48 Saakaşvilinin atasını infarkt vurdu 21 Oktyabr 2021, 21:31 Zığda ağaclıq ərazidə YANĞIN 21 Oktyabr 2021, 21:14 Xərçəngdən sağalan zabitə mənzil verildi - FOTO 21 Oktyabr 2021, 21:07 Sahibə Qafarova İsveçrəli həmkarı ilə görüşdü - FOTO 21 Oktyabr 2021, 20:46 Dünyada COVID-dən ölən tibb işçilərinin SAYI 21 Oktyabr 2021, 20:40 Sahibə Qafarova Avropa Konfransında çıxış etdi - VİDEO 21 Oktyabr 2021, 20:21 Efiopiya Tiqray bölgəsinə yenə zərbələr endirdi 21 Oktyabr 2021, 20:11 Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50