Arxiv
17 Sentyabr 2021, 20:03 | MƏDƏNİYYƏT
Anar Kərimov türkiyəli həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Anar Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri bölgədə bütün türk dövlətləri üçün örnək nümunə olmalıdır.

 

Nazir görüş zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma və bərpa işləri barədə məlumat verib.

 

Görüş zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən də söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. Ankarada keçirilən görüşün nəticəsi ilə bağlı mədəni əməkdaşlığın dərinləşdirilməsinə dair incəsənət, muzey, kitabxana, mədəni irs sahələrində davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub. Ankarada iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan və imzalanan sənədlərə dair tədbirlər planının hazırlanmasının yekunlaşdırılması və yaxın zamanda imzalanması ilə bağlı işlərin aparılması barədə fikir mübadiləsi aparılıb.

 

Ölkələrimiz arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq ifadə edilib.

 

Görüşdə bu ilin 6-10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəyi, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.

 

Həmçinin görüşdə “Yunus Əmrə İli” və “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan və Türkiyədə həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni super qrip yayılır - ƏLAMƏTLƏRİ 20 Oktyabr 2021, 08:43 Hacı İlqar İbrahimoğlu saxlanıldı və buraxıldı 20 Oktyabr 2021, 08:37 Azərbaycanda vəzifəli şəxs vəfat edib 20 Oktyabr 2021, 08:34 Çempionlar Liqasının qrup mərhələsində III tur - NƏTİCƏLƏR 20 Oktyabr 2021, 08:31 ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxdu 20 Oktyabr 2021, 08:30 Güclü külək əsəcək, yağış yağacaq - Dağlarda qar yağacaq 20 Oktyabr 2021, 08:25 Canəli Əkbərov və arvadı koronavirusa yoluxdu - Vəziyyəti ağırdır 20 Oktyabr 2021, 08:05 Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı zəngilan şəhərində sancılıb 20 Oktyabr 2021, 07:17 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06