Modern.az

Hacıqabulda şəhid Ruslan Baladov ad günündə anılıb - FOTOLAR

Hacıqabulda şəhid Ruslan Baladov ad günündə anılıb - FOTOLAR

18 Sentyabr 2021, 12:35

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə, Suqovuşanda qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakini Baladov Ruslan Allahyar oğlunun doğum günü Şəhidlər Xiyabanında məzarı önündə anılıb.

 

Modern.az xəbər verir ki, anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və bir qrup şəhər sakinləri iştirak ediblər.

 

Mərasim iştirakçıları rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları önünə gül dəstələri qoyublar, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

 

Mərasimdə şəhid ailələrinin hər birinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli diqqət və qayğısı əhatə olduğu vurğulanıb. Şəhid Ruslan Baladovun ailəsi göstərilən qayğıya görə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

 

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlar da iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər. 

 

Şəhid Ruslan Baladov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır