Modern.az

Rəsmi Kremldən AÇIQLAMA: “Putinin Ermənistana səfəri planlaşdırılmayıb”

Rəsmi Kremldən AÇIQLAMA: “Putinin Ermənistana səfəri planlaşdırılmayıb”

10 Noyabr 2012, 13:15

“Yaxın perspektivdə Rusiya prezidenti Vladimir Putinin Ermənistana hər hansı bir səfərini gözləməyə dəyməz”. 
Modern.az bildirir ki, bu barədə “Aykakan Jamanak” qəzeti Rusiya Prezident Adminsitrasiyasına göndərdiyi sorğunun cavabını şərh edərkən vurğulayıb.
Rusiya Prezident Administrasiyasının cavabında deyilir: “Hazırda Putinin Ermənistna rəsmi səfəri planlaşdırılmayıb və bununla bağlı hər hansı bir müzakirələr aparılmır”.  
Qeyd edək ki, son aylar ərzində erməni KİV-lərində bununla bağlı məlumatlar yayılırdı. Yazılarda “mötəbər mənbəyə” istinadən 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qədər Rusiya prezidentinin Ermənistana səfərinin nəzərdə tutlduğu qeyd olunurdu.   


X.SƏFƏROĞLU
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi