Arxiv
20 Sentyabr 2021, 15:49 | AKTUAL
“Xoşbəxt Yusifzadə” tankeri suya salındı - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub. Bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

 

QSC-dən Modern.az-a bildirilib ki, 20 sentyabr “Neftçilər Günü”ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının əlaçı tələbələri iştirak ediblər.

 

ASCO sədri Rauf Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib. Bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca üçüncü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək, təhvil verilib.

 

Rauf Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş Bakı Gəmiqayırma Zavodunda yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bunun üçün həm xüsusi dövlət dəstəyi və qayğısı var, həm də kifayət qədər kadr potensialı mövcuddur. Sevindirici haldır ki, bu sahədə fəal rol oynayan çoxsaylı gənclər sırasında Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları da yer alır.

 

Həm ASCO, həm də BGZ ailəsini gəminin suyasalınması münasibətilə təbrik edən sədr tikinti prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən BGZ-nin baş meneceri İmanverdi Həsənov yerli gəmiqayırma sənayesinin mövcud imkanlarından, eləcə də gələcək hədəflərdən danışıb. Qeyd edib ki, fəaliyyətini durmadan genişləndirən Zavod qarşıya qoyulan tapşırıqları vaxtında, yüksək peşəkarlıqla yerinə yetirir.

 

O vurğulayıb ki, ASCO ilə əməşdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, inşa olunaraq təhvil verilən gəmilər hər birimizdə böyük iftixar, qürur hissi yaradır.

 

Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

 

Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düymə ADDA tələbələri və Zavod əməkdaşlarını tərəfindən sıxılıb.

 

Qeyd edək ki, tədbir çərçivəsində ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.

 

“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image “Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42