Modern.az

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb

Aktual

20 Sentyabr 2021, 16:07

Tovuz rayonunda qanunsuz ov edən şəxs aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.

 

Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan "Toz-87" markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub.

 

İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır