Modern.az

Bayden Makronun etirazına məhəl qoymur

Bayden Makronun etirazına məhəl qoymur

20 Sentyabr 2021, 22:28

Fransanın narazılığına baxmayaraq, ABŞ Avstraliya və İngiltərə ilə atom sualtı gəmilərinə dair razılaşmadan imtina etmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

 

O, ABŞ Prezidenti Co Baydenin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı gözlədiyini bildirib.

 

Psakinin sözlərinə görə, görüşün vaxtı razılaşdırılır və yaxın günlərdə baş tutması planlaşdırılır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü