Arxiv
23 Sentyabr 2021, 14:54 | AKTUAL
Azərbaycan Macarıstanla saziş bağladı

22 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandi.

 

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olundu, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulandı.

 

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verdi.

 

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqli oldugunu ifadə etdi.

 

Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirdi.

 

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd etdi ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

 

Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edildi.

 

Azərbaycan və Macarıstan arasında saziş imzalanıb (FOTO) - Gallery Image Azərbaycan və Macarıstan arasında saziş imzalanıb (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda yoluxma statistikası 5 Dekabr 2021, 11:12 "Neftçi" "Sumqayıt"a qarşı 5 Dekabr 2021, 11:10 3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI 5 Dekabr 2021, 11:00 Fin nazir virusa yoluxdu 5 Dekabr 2021, 10:51 İranda PUA qəzası 5 Dekabr 2021, 10:46 Ən yaxşı təqlid edən robot - Video 5 Dekabr 2021, 10:40 Müdafiə Nazirliyinin həftəlik hesabatı - VİDEO 5 Dekabr 2021, 10:30 Makrona qadın "başağrısı": Fransada ilk ola bilər... 5 Dekabr 2021, 10:27 Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü 5 Dekabr 2021, 10:18 Gəncədə ev yandı 5 Dekabr 2021, 10:17 İtaliyada koronavirus 5 Dekabr 2021, 10:08 Dinozavr sürüsünün qalıqları aşkarlandı 5 Dekabr 2021, 10:00 Blinken və Lavrovdan Ukrayna MÜZAKİRƏSİ 5 Dekabr 2021, 09:51 Koronavirus xəstəsi saxlanıldı 5 Dekabr 2021, 09:44 5 Dekabr - Könüllülər Günüdür 5 Dekabr 2021, 09:37 Özbəkistan beynəlxalq uçuşları dayandırdı 5 Dekabr 2021, 09:27 İndoneziya silkələndi 5 Dekabr 2021, 09:16 Saakaşvilidən azərbaycanlılara MƏKTUB 5 Dekabr 2021, 09:09 Dünyada koronavirus mənzərəsi 5 Dekabr 2021, 09:00 İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:44 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:28 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15 İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ 4 Dekabr 2021, 22:59 “Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər” 4 Dekabr 2021, 22:44 ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR 4 Dekabr 2021, 22:26 Keniyada avtobus çaya düşdü - 23 ölü  4 Dekabr 2021, 22:13 Ərdoğanın mitinqi öncəsi terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?