Modern.az

10 ildə Suriyada 350 mindən çox insan ölüb

10 ildə Suriyada 350 mindən çox insan ölüb

24 Sentyabr 2021, 20:18

2011-ci ilin martından 2021-ci ilin martına qədər Suriyadakı qarşıdurma zamanı 350 mindən çox adam öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçlet məlumat verib.

 

Baçletin hazırladığı hesabatda 350.209 şəxsin olduğu siyahı var.

 

Siyahıda 26727 qadın və 27126 uşaq var. Ən çox itkilər 51 731 nəfər ilə Hələb vilayətində qeydə alınıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir