Modern.az

Ruanda soyqırımının icraçısı həbsxanada öldü

Ruanda soyqırımının icraçısı həbsxanada öldü

Dünya

26 Sentyabr 2021, 00:39

1994-cü il Ruandada soyqırımı zamanı 800.000 adamın öldürülməsini təşkil etməkdə günahlandırılan polkovnik Teoneste Baqosora Malidə həbsxanada ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıbb.

 

Baqosora o zamankı Beynəlxalq Ruanda Cinayət Tribunalı tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham edilərək 35 illik cəza alıb.

 

“Onun yaşı 80-i keçmişdi, ağır xəstə idi, ürək problemi vardı. Bir neçə dəfə xəstəxanaya yerləşdirildi və üç əməliyyat keçirdi. Bu gün klinikada öldü”, - deyə agentliyin mənbəsi bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir