Modern.az

ABŞ əhalisinin 66%-i tam peyvəndlənib

ABŞ əhalisinin 66%-i tam peyvəndlənib

26 Sentyabr 2021, 23:32

 

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan daha 646 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatlarında qeyd olunub.

 

COVİD-19 səbəbiylə ölənlərin sayı 687 752-yə çatıb və yoluxanların sayı isə 42 milyon 941 mini keçib.

 

Kaliforniya və Texas ən çox yoluxanların qeydə alındığı ştatlardır.

 

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri məlumatlarına görə, yetkin əhalinin təxminən 77 faizinə ən az bir doza və təxminən 66 faizinə iki doza vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub