Arxiv
27 Sentyabr 2021, 12:16 | MEDİA
“Bu müharibə bizim üçün tarixi şans idi” - Qələmi silaha dəyişən JURNALİSTLƏR

Bu gün Vətən müharibəsinin başlanmasından bir il ötür.


27 sentyabr 2020-ci ildə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.


Müharibə dövründə əsgərlərimiz ön cəbhədə, jurnalistlərimiz isə arxa cəbhədə düşmənlə mübarizə apardı. Vətənə olan borcunu yerinə yetirmək üçün bir çox jurnalistlərimiz cəbhəyə üz tutdu, qələmi silaha dəyişərək düşmənlə vuruşdu.


Jurnalist həmkarlarımız həmin günləri necə xatırlayırlar?

44 günlük Vətən Müharibəsində iştirak etmiş bir neçə jurnalist bir il öncəki təəssüratlarını Modern.az-la bölüşüb.


İctimai TV-nin redaktoru Məğrur Əli Polad ötən ilin bu günlərini belə xatırlayır:

 


“Ötən ilin bu günü, bu saatlarda Haramı düzündəki N saylı briqadadan (hazırda Şuşada yerləşir) öz əsgərlərimlə birgə təyin olunduğum artilleriya divizionuna gedirdim. Hava yaman isti idi. Bizi daha sonra oradan atəş mövqeyimizə aparacaq maşınımızı gözləyənə qədər səhra hamamında əlüstü yuyundum. Ağlıma da gəlməzdi ki, qarşıdakı bir ay ərzində bədənimə su dəyməyəcək...

 

Axşamtərəfi çatdıq mövqeyə. Maşında ağdamlı batareya komandirim soruşdu ki, haralısan? Əlimi hələ işğalda olan torpaqlarımıza tərəf uzadıb, dedim ki, qarşıdakı kənddən - Yuxarı Seyidəhmədlidənəm. Dedi, bu yaşda nə yaxşı gəlmisən. Acıqlı cavab verdim ki, mənim kəndimi sən azad edəssən? Güldü.

 

Füzulidən bir MAXEmiz vardı, Quluzadə. Sonra 2 dəfə yaralandı. Evdən çolpa soyutması, tut arağı gətirmişdi. Çölün ortasında yedik-içdik. Tost dedim, əsgər-zabitlərimizin sağlığına, Şuşada qeyd etməyimizi arzuladım (düz 40 gün sonra həyata keçdi).

 

Aylı gecəydi. O qədər sakitlik idi ki, “qu” desən, qulaq tutulardı. Kamerası, interneti olmayan köhnə balaca telefondan evə mesaj yazdım ki, nigaran qalmayın, yaxşıyam (Sonralar əsas telefonumun olmamağına görə o qədər təəssüfləndim ki... Nələr çəkə bilərdim... Heyf ki, icazə verməmişdilər).

 

Bəlli hədəflərə tuşlanmış, hazır vəziyyətdə olan toplarımızın yanında “kombat”la  yataq kisələrimizi açıb girdik içinə. Torpaqdakı çala-çuxurlar, kol kötükləri məni əzirdi deyə, düz-əməlli yuxulaya da bilmədim (sən demə, qarşıdakı gecələrlə müqayisədə bu, komfort imiş).

 

Səhər 7:20 radələri olardı. Artıq acqarına 2-3 siqaret çəkmişdik. Hamımız dinməz, amma gərgin şəkildə baş telefonçumuz, qubalı balası Paşayevin ağzına baxırdıq. Və axır ki! Ratsiyadan gələn səsi Paşayev təkrar etməmiş, “kombat” çığırdı: Atəş!!!

 

İlahi, həyatın gedişatı bu dərəcədə anidən və bu dərəcədə kəskin necə dəyişə bilərmiş... Cəmi bir neçə dəqiqə sonra qulaqbatıran partlayış səsləri, zirehli texnikanın nəriltisi, toz-duman, qulağımızın dibindən kəpənək kimi pırıltı səsi çıxararaq uçan qəlpələr, başımızın üstündən şütüyən dronlar, minaya düşərək yanan tanklar, yaralılar, şəhidlər...

 

Bəlkə də atəş əmri ilk bizə gəlmişdi. Çünki bizim toplar düşmənin ön səngərlərini və texnikasını vuran reaktiv sistemlər idi. 10-15 dəqiqə keçməmişdi ki, BMP-lər toplarımızın arasında öz yerlərini tutub atəş açmağa başladı. Yadımdan çıxmaz, onların birində lyuku bağlı saxlamışdılar deyə, içəridə hərbçilər barıt tüstüsündən zəhərlənib huşunu itirmişdi. Güclə bayıra çıxarıb ayıltdıq. Bəlkə də onlar daha sonra şəhid, qazi olacaqdı. Ən çox itki verən bizim hərbi hissənin hərbçiləri kimi...

 

Ancaq 27 sentyabr 2020-ci il, səhər saat 8-də hələ bunu heç kim bilmirdi... Amma bir şeyi əsgərdən komandirlərə kimi hamı çox yaxşı dərk edirdi: Bizə 30 il gözlədiyimizi vermişdilər! Atəş-i! Başqa nə olmalıydı ki?!

 

Gecələr öz komandir vəzifəsi ilə yanaşı, ön xətdən şəhidlərimizin cəsədlərini çıxaran Quliyev Vüqar, şəxsi heyəti ailə başçısı qayğıkeşliyi və dəqiqliyi ilə idarə edən gizir Həsənov Elmir, üst-başı qan içində olan sanitarımız Sahib, MAZ-ı qova-qova bizə mərmi daşıyan sürücümüz Samir Babayev, Ağayev, Mirzəyev, top atmaqdan qulağından qan açılan Nağızadə, soyadı kimi qəhrəman top komandiri Elçin Qəhrəmanov, Ümid Qurbanov, zirehli maşını ilə gözümüzün qarşısında 3 dəfə minaya düşüb ağır vəziyyətdə yanan texnikadan çıxıb qaçan (!), sonradan bir həftə komada qalan Ramin Qarayev, düşmən təyyarəsinin vurduğu təcili yardımda ikinci dəfə yaralanan Qafarov, qan-tər, toz-torpaq içində bircə gözlərindən kim olduğu seçilən, ağır mərmiləri qucağında topların yanına daşıyan, tuşlayan, atəş açan Nurlan, Tarik, Nəcəf, Sadiq, Zahid, Elgünlər, Natiq, Anar, Orxan, Səbuhi, İsgəndərov... Bütün Azərbaycan burdaydı!

 

Və beləcə, 44 gün ərzində Füzulidən Cəbrayıla, Qubadlıya, Hadruta, Xocavəndə və Şuşaya qədər nələr görəcək, nələr yaşayacaq, nə əziyyətlər, ağrılar keçirəcəkdik... Amma sonda hamısını unutduracaq, özləri isə heç vaxt unudulmayacaq 8 və 10 noyabr vardı. Nə yaxşı ki!..”.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı, jurnalist Araz Ağayev təəssüratlarını bölüşərkən deyib ki, torpağını sevən bir azərbaycanlı üçün bu müharibə bir şans idi:

 

 

“Ötən ilin bu günlərində hər birmizin ürəyində bir qisas hissi vardı. Nəhayət ki, işğala son qoymaq, mənfur düşmənə dərs vermək üçün fürsət yaranmışdı və bu mənada hər bir Vətənini sevən azərbaycanlı üçün bu, bir tarixi şans idi.

 

Mən ehtiyatda olan zabitəm, daha öncə də Səfərbərlik Xidmətində hər an müharibəyə hazır olduğumu bildirmişdim və ona görə də ilk zəng ilə hərbi xidmətə, yəni müharibəyə yollandım.

 

Müharibə bizə təkcə işğalda olan torpaqlarımızı azad etmək üçün yox, milli kimliyimizin təsdiqi üçün lazım idi. Müharibə qırılmış qürurumuzu bərpa etdi. Bizə özümüzü, kökümüzü, tarixi missiyamızı qaytardı. Müharibə ümidsiz yanaşdığımız gəncliyi bizə tanıtdı, başa saldı ki, gələcək əmin əllərdədir. Müharibə qardaşlığı, yoldaşlığı, həmrəyliyi, birliyi real cizgiləri ilə təqdim etdi, boyasız, şişirtmə olmadan. Müharibə başa saldı ki, biz bütövük, etnik, irqi, cinsi ayrı-seçkilik bizə xas olmayıb, olmayacaq da. Müharibə bizi bayrağımızın ruhuna uyğunlaşdırdı. Bizə keçmişimizi xatırladıb gələcəyimizi göstərdi. Bu müharibənin bütün qurbanlarının ruhuna dərin ehtiramla, iştirakçılara sevgiylə, həmrəyliyini ifadə edənlərə minnətdarlıqla...

 

Mən qürurluyam ki, bu Zəfər tarixinin bir parçasıyam. Bütün döyüş yoldaşlarımın adından bildirirəm ki, o günlər heç vaxt unudulmayacaq. Şəhidlərimizə rəhmət, yaralanmış qardaşlarımıza şəfa diləyirəm. Bütün digər müharibə iştirakçılarına isə cansağlığı arzulayıram”.

 

Oxu.az saytının jurnalisti Aqşin Kərimov 44 günlük haqq savaşında söz açarkən bildirib ki, hər an çağırıla biləcəyini göz önünə gətirib fiziki hazırlıq məşqlərini gücləndirirdi:

 

 

“Tovuz döyüşlərindən sonra Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağına əminliyim artırdı. Səbəbləri çoxdur, lakin həmin vaxtlar bəzi məlumatları ictimailəşdirmirdim.

 

Sentyabrın 21-də hərbi təlimlər başladı, bu təlimlərin xarakteri və ruhu müharibənin anonsu idi. Artıq müharibəyə hazırlaşırdıq, hər an çağırıla biləcəyimi göz önünə gətirib fiziki hazırlıq məşqlərimi gücləndirirdim.

 

Sentyabrın 26-dan 27-nə keçən gecə gecə saat 3-ə qədər məlumatları izlədim, səhərə yaxın yoldaşım məni yuxudan oyadıb “Aqşin, dur, müharibə başladı” dedi. Sentyabrın 27-də ilk qələbə xəbərlərinin verildiyi brifinqlərdə iştirak edirdim və sevincimizin həddi-hüdudu yox idi. Sentyabrın 28-də qismən səfərbərlik elan olundu, artıq çağırılacağıma dair əminlik artdı. Axşam, zəng etdilər, dedilər ki, Səfərbərlik Xidmətinin yerli şöbəsinə yaxınlaş. Ailəmlə, dostlarımla sağollaşıb getdim və sentyabrın 30-da yola çıxdıq”.

 

Gedərkən hamıya, yaxınlarıma qəti şəkildə dedim ki, ağlamaq, sızlamaq yoxdur”.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34