Arxiv
27 Sentyabr 2021, 20:36 | AKTUAL
Şəhidlərimiz Neftçalada da ANILDI

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala şəhərində, Rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü tədbiri keçirilib.

 

 

Modern.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

 

Öncə Neftçaladakı Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Qarabağ Veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Neftçala filialının sədri Emin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəisi polkovnik- leytenant Tofik Quliyev, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıblar.

 

 

Şəhid ailələri adından çıxış edən Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Tədbir Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35 Yük maşınlarını qəzalardan qorumaq üçün bu qurğudan istifadə edilməlidir - Taxoqraf nədir? 16 Oktyabr 2021, 21:09 IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş - FOTO 16 Oktyabr 2021, 21:05 Həmədan eşşəyinin quyruğu... 16 Oktyabr 2021, 20:56 Qatar gənc oğlanı vurub öldürdü 16 Oktyabr 2021, 20:33 Sedat Peker üçün 392 il həbs TƏLƏBİ   16 Oktyabr 2021, 20:29 Bəzi iqtisadi rayon adlarında DƏYİŞİKLİK 16 Oktyabr 2021, 20:16 Cüdoçumuz qızıl medal qazandı 16 Oktyabr 2021, 20:02 Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21