Arxiv
27 Sentyabr 2021, 21:03 | AKTUAL
Daha 44 qaziyə avtomobil verildi - FOTOLAR

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib.

 

ƏƏSMN-dən Modern.az-a verilən məlumata görə, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsinin başlanmasından 1 il ötdüyünü qeyd edib. Nazir müavini bildirib ki, bir il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı, misilsiz döyüş qabiliyyəti göstərərək cəmi 44 gün ərzində ərazilərimizi düşməndən azad etdi.

 

Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs edən H.Abdullayev vurğulayıb ki, bu kateqoriyadan olan vətəndaşların rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

 

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatının da uğurla davam etdirildiyini bildirən H.Abdullayev Nazirlik tərəfindən bu kateqoriyadan olanlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil, 2020-ci ildə 400 avtomobil verildiyini diqqətə çatdırıb.  2021-ci ildə isə  100 ədəd və bu gün daha 44 ədəd olmaqla, 144 avtomobilin, ümumilikdə ötən dövrdə 7350-dək avtomobilin müharibə əlillərinə təqdim olunduğunu diqqətə çatdırıb.

 

Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqlarını qeyd edərək, həmişə dəstəklə əhatə olunduqlarına, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19