Modern.az

Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb

Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb

Dünya

28 Sentyabr 2021, 20:59

ABŞ-ın “Parabon Nano” laboratoriyalarında 2 min ildən çox yaşı olan Misir mumiyalarının üzlərinin 3D formatında rekonstruksiyası yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “LiveScience” jurnalı yazıb.

 

Qədim Misirin Abusir Əl-Mələq şəhərində tapılmış və eramızdan əvvəl 1300-cü illərə aid olan üç gəncin mumiyasının üzləri Virciniyadakı “Reston” şirkətinin DNK texnologiyası vasitəsilə bərpa olunub. Alimlər onların genetik analizinin nəticələrini də elan ediblər. Məlum olub ki, bu mumiyaların DNK tərkibi Şərqi Aralıq dənizi regionunda yaşayan insanların genetik tipi ilə eynidir. Maraqlısı odur ki, mumiyalar bu göstəricilərə görə indiki Misir əhalisinə deyil, daha çox İsrail, Suriya, Livan ərazisində yaşayan insanlara yaxındırlar.

 

Bioinformatika üzrə mütəxəssis Ellen Qreytak jurnalistlərə müsahibəsində bildirib ki, 1985-ci ildə Misirdə tapılmış daha 9 mumiya üzərində də genetik tədqiqatlar davam edir. Nanotexnologiyalar vasitəsilə onların da üz cizgiləri bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü