Arxiv
1 Oktyabr 2021, 13:36 |
İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda regiondakı enerji obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası və ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, işlərin təyin olunmuş müddətdə yekunlaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan işlərin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyət və məlumat mübadiləsinin intensivliyinin daha da artırılması zəruri məsələlərdəndir.

 

İclas çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi tərəfindən iqtisadi, ekoloji və sosial faydaları – tullantıların və enerji istehlakının azaldılması və optimallaşdırılmasını ehtiva edən “Eko-innovasiyalar və eko-sənaye parkları” adlı məruzə dinlənilib. Məruzədə müxtəlif ölkələrin ekoloji cəhətdən daha səmərəli sənaye parklarının yaradılması üzrə təcrübəsi haqqında məlumat verilib.

 

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təchizatı ilə bağlı görülən işlərin həftəlik əsasda monitorinq edildiyi bildirilib. Növbəti dəfə yerində baxış keçirilməsi yolu ilə əldə edilmiş məlumatların təhlilinə dair təqdimat nümayiş etdirilib. Qazanxanaların, əlaqədar elektrik yarımstansiyalarının, məhəllədaxili və binadaxili istilik sistemlərinin qurulması, həmçinin qazanxanaların su ilə təminatına dair görülmüş işlərlə bağlı cari vəziyyət nəzərdən keçirilib.

 

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair hesabat nəzərdən keçirilib. İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının əksəriyyətinin Sistemə tam olaraq qoşulduğu bildirilib.

 

İşçi Qrupunun müvafiq iclaslarında qəbul edilmiş qərarların icrasından irəli gələn digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” 6 Dekabr 2021, 00:27 ABŞ hərbi təyyarəsi Ermənistan-Azərbaycan sərhədində UÇDU 6 Dekabr 2021, 00:20 “Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?