Modern.az

Azərbaycanlı qız Xarkov meri uğrunda seçkidə YARIŞACAQ

Azərbaycanlı qız Xarkov meri uğrunda seçkidə YARIŞACAQ

4 Oktyabr 2021, 14:46

Ukraynanın ikinci böyük şəhəri olan Xarkov meri uğrunda keçiriləcək seçkilərdə soydaşımız da mübarizə aparacaq.

Modern.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 30-da şəhər meri uğrunda keçiriləcək seçkilərdə Mustafayeva Alina Elman qızının da namizədliyi qeydə alınıb. 29 yaşlı Alina Mustafayeva 2019-cu ildə Karazin adına Xarkov Milli Universitetinin Tibb fakültəsini bitirib. Xarkovda fəal ictimai-siyasi xadim kimi tanınır. 2020-ci ildə hakim “Xalqın xidmətçisi” partiyasından Xarkov şəhər Şurasının deputatıdır.

Xarkov merinə seçkilərdə namizədlərin qeydiyyatı sentyabrın 30-da başa çatıb. 13 nəfərin namizədliyi qeydə alınıb. Oktyabrın 8-də Mərkəzi Seçki Komissiyası namizədləri rəsmi elan edəcək.

Onu da qeyd edək ki, soydaşımız qeydə alınan namizədlər arasında yeganə qadın namizəddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir