Arxiv
5 Oktyabr 2021, 08:55 | ƏDƏBİYYAT
İran TIRları və “Mikoyan kolbasası”

Mahir QABİLOĞLU


Yox, elə düşünməyin ki, İran TIRları bizim ermənilər yaşayan, Rusiya sülhməramlılarının qoruduğu əraziyə “Mikoyan kolbasası” daşıyır. Əsla. Haramdır. Rusiya istehsalı olan, “Mikoyan” ticarət markalı kolbasaların tərkibində müsəlmanlar üçün haram buyrulan donuz əti var. Maşına yükləsələr, onun pak edilməsi üçün gərək bütün TIR yandırılsın. Baxmayaraq ki, kolbasa sözü təmiz türk sözü olaraq “qol bas”, yəni ki, əti bağırsağın içinə qolla bas ifadəsindən götürülüb. İndi deyəcəksiniz ki, “donuz əti haramdır” ifadəsi burda heç yerinə düşmür. Düzdür. Axı ermənilər kababı da donuz ətindən çəkirlər. Dolmanın içinə də donuz əti qoyurlar. İslam Respublikası olan İran isə bu haram yeyənlərlə əlaqələr qurur. Hətta iyirmi beş minlik Xankəndi  ermənilərini də yaddan çıxartmır. Lap çaşdırdınız məni suallarınızla. Qoy yazım qurtarım, sonra öz fikirlərinizi yürüdərsiniz.

 

AzTV-nin Xəbərlər proqramında işləyirdim. Dükanları gəzəndə Moskvanın “Mikoyan” ticarət markalı kolbosalarına rast gəldim. Düzü bu ad çox pis təsir etdi mənə. Bu familiyanın kimə aid olması heç maraqlandırmadı məni. Anastası da tanıyırdım, qardaşını da... Sadəcə, erməni adlı məhsulu dükanlarımızın piştaxtasında görməyim bəs idi. Aşıqlar kimi – dillə desəm dilim yanar ifadəsini bayraq edib, kameranı götürüb, düşdüm mağazaların canına. Lentə aldım bu erməni adlı kolbasanı satanları və dükanları. Kadrarxası mətni yazıb, materialı hazırladım. Nizami Xudiyevin Az.TV-yə rəhbərlik etdiyi dövrdə belə bir qayda vardı. Siyasi və tənqidi materiallara hökmən sədr özü baxmalıydı. Baş redaktorumuz Allahverdi Məmmədov da bu qaydaya əməl edib, videomaterialı Nizami müəllimə göstərdi. Mən də müəllif kimi qəbul otağında gözləyirdim. Bir də gördüm ki, məni otağa çağırırlar. Girdim içəri.

- Bala, – deyə Nizami müəllim Naxçıvan ləhcəsinə özünəməxsus şirinlik verərək danışmağa başladı, – Biz heç kimə deyə bilmərik ki, bu kolbasanı sat, o kolbasanı satma. Bu, Rusiyanın məhsuludur. Qadağan olunmayıb. Sən get kadrarxası mətndə dəyişiklik elə. Yaz ki, Rusiyada müxtəlif markalı kolbasalar satılır – çeşid-çeşid. Hamısı da keyfiyyətli, dadlı. Nə vacib idi ki, bu qədər ticarət markası olduğu halda məhz erməni adlı kolbasanı alıb respublikaya gətirmək? Sualı bu cür qoy. Dəyişdir, ver efirə.

Nizami müəllim deyən kimi də elədim. Effekti oldu. Bu tip kolbasalar satışdan yığışdırıldı. Girişinə sərhəddə qadağa qoyuldu.

 

HAŞİYƏ: İş yoldaşlarımdan biri bu süjeti görüb özündən çıxdı: “Nə olsun ki, adı “Mikoyan”dır? Çox dadlı kolbasadır. Onda gərək “MiQ” qırıcı təyyarələrindən də istifadə etməyək ki, nədi-nədi adı ermənicədir? Anastas Mikoyanın qardaşı, iki də Sovet İttifaqı Qəhrəmanı Artyom Mikoyan düzəldib?” (SON)

 

İndi soruşacaqsınız ki, iyirmi il bündan qabaq baş verən xırda bir hadisəni niyə Mahir məhz bu gün belə qabardır?

 

İran TIRları Azərbaycanın Xankəndi ərazisində yaşayan ermənilərə tonlarla mal daşıyır. İçində nə var, bilmirəm. Bu qanunsuz hərəkətinə hamımız narazılığımızı bildirdik – rəsmi və ya sosial şəbəkələrdə. Prezidentimiz İlham Əliyevin yanaşması isə çox orijinal idi:

“Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu TIRlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdu. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər TIR girdi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran TIRlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o TIRın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIRların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”

 

Məhz son üç cümlə o vaxt “Mikoyan kolbasası”yla bağlı narahatlığımı, bunu ictimailəşdirməyimi yadıma saldı. Dükanlardan “Mikoyan kolbasası” yığışdırıldı. Bu, xırda bir şey idi. İndi isə beynəlxalq miqyasda tədbir görüldü. İran TIRlarının ayağı, daha doğrusu təkərləri Xankəndidən kəsildi. Bir neçə xəbərdarlıqdan sonra. Amma dövlət başçısının siyasi, daha çox insani qiyməti mənə o vaxtı yadıma saldı:

“İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən?”

 

Bu qədər. Allah prezidentimizə uzun ömür versin, sədrim olmuş ictimai-siyasi xadim Nizami Xudiyevə isə min rəhmət.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?