Modern.az

Nazir müşaviri təyin olunan gənc tanınmış jurnalistin oğludur - DOSYE

Nazir müşaviri təyin olunan gənc tanınmış jurnalistin oğludur - DOSYE

Mədəni̇yyət

6 Oktyabr 2021, 13:15

Xəbər verdiyimiz kimi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.

 

Nazirin müşaviri vəzifəsinə təyinat alan şəxs Rəşad Həsənovdur.

 

Modern.az saytına məlum olub ki, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.

 

Rəşad Həsənov 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində "İqtisadi və maliyyə sektoru siyasətləri" ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

 

R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb.



Qeyd edək ki, tanınmış jurnalist Müsəllim Həsənov 1985-1989-cu illərdə "Azərnəşr"də çalışıb. "Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub. 1997-ci ildə isə "Panorama" qəzetində şöbə müdiri vəzifəsində işləyib.

 

1997-2000-ci illərdə Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edib.

 

Daha sonralar "Bizim əsr" və “Yeni yüzil” qəzetlərində çalışıb.

 

2010-2013-cü illərdə isə İctimai Televiziyada redaktor vəzifəsində işləyib.

 

2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur. Tərcüməçi, professor Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.


A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır