Arxiv
13 Oktyabr 2021, 10:40 | QARABAĞ
Baş leytenantın ŞƏHİDLİK günüdür

13 oktyabr tarixi Vətən müharibəsinin şəhidi, Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əzizovun anım günüdür.

Modern.az-ın məlumatına görə, baş leytenant Elçin Əvəz oğlu Əzizov 1985-ci il martın 31-də Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra - 2002-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.
Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçib.
Elçin Əzizov 2007-ci ildə hərbi xidmətdən tərxis olunub.

2008-ci ildə dayısı qızı Sevda Əhmədova ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açıb: Yusif, Duyğu və Uğur.

2012-ci ildə Elçin Əzizov Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə yenidən hərbi xidmətə başlayıb.

Nümunəvi xidmətə görə, Dövlət Sərhəd Xidməti rəisinin 29 dekabr 2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013)  yubiley medalı, 3 dekabr 2014-cü il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı, 18 avqust 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 14 avqust 2019-cu il tarixli əmrilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı ilə təltif olunub.

2016-cı ildə Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Ölkə prezidentinin 16 avqust 2018-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətə görə” medalı, 16 avqust 2019-cu il tarixli sərəncamı ilə isə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsinə yollanın Elçin Murovdağ, Füzuli və Cəbrayıl  istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 13-də baş leytenant Elçin Əzizov doğma Cəbrayıl rayonunun Sarıcallı kəndində ağır yaralanmış hərbçilərimizi xilas etməyə - savaş meydanından çıxarmağa gedərkən şəhid olub. Şəhidimiz Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib.

Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” III dərəcəli orden, “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.


Binəqədi rayonunun Sulutəpə qəsəbəsində şəhid ailəsinin şəxsi vəsaiti hesabına Elçin Əzizovun adına park salınıb, onun büstü qoyulub və bulaq kompleksi tikilib.


Ə.Qafarlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?