Arxiv
14 Oktyabr 2021, 08:37 | ÖLKƏ
İran geri addım atır: Bakıdan növbəti DİPLOMATİK QƏLƏBƏ

"İkinci Qarabağ Müharibəsindən sonra regionda elə bir reallıq yaranıb ki, bu reallıq tək bölgə ölkələri deyil, dünya tərəfindən getdikcə daha çox dərk edilir və qəbul olunur".

Bunu Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

Komitə sədri hesab edir ki, dünya ölkələri və beynəlxalq təşkilatların fəaliyyətində Azərbaycanın qalibiyyəti və bundan sonrakı üstün mövqeyi getdikcə daha çox nəzərə alınacaq:

"Qafqazda geosiyasi mənzərə dövlətimizin sayəsində tamamilə dəyişib. Bu məsələnin unikallığı və vacibliyi odur ki, biz siyasətimizi hansısa ölkələrə qarşı təşkil etmirik. Prezident İlham Əliyevin dediyi kimi, siyasətimiz milli maraqların təmin olunması ilə birbaşa bağlıdır. Torpaqlarımızı güc, hərbi-siyasi yolla azad etdik. Ermənistana sülh müqaviləsinin imzalatmaq və region ölkələri ilə əməkdaşlığı təşkil etmək niyyətindəyik. Bütün ölkələrə hörmətlə yanaşdığımıza görə onlardan da eyni münasibəti gözləyirik. Ona görə Azərbaycanın apardığı siyasət və xarici əlaqələri heç bir dövlətə qarşı çevrilməyib. İran Azərbaycana qonşu kimi bunu dərk etməlidir. Təəssüf ki, son zamanlar onlar yeni və güclü Azərbaycanın siyasətini düzgün qiymətləndirə bilmirlər. Biz öz sərhədlərimizi möhkəmləndirik, başqalarının sərhədlərinə də hörmətlə yanaşırıq. Ona görə bizim sərhədlərimizə də hörmətlə yanaşmağı tələb edirik. Buna qarşı həqiqətə uyğun olmayan tərzdə reaksiya bildirmək düzgün deyil".



S.Seyidov İran və Azərbaycan arasında son günlər qızışan gərginliyin rəsmi Tehranın geri addım atması ilə nisbətən stabilləşdiyini bildirib.

Onu da vurğulayıb ki, artıq İran Azərbaycanla bağlı reallığı dərk edib və indi situasiya tamam fərqli istiqamətə yönəlib:

"Cənab prezident bu məsələləri İtaliyanın media orqanına müsahibəsində bir daha vurğuladı. Azərbaycanın bu cür siyasəti qəbul olunmaya bilməz. İranın da marağındadır ki, Azərbaycanın göstərdiyi hörmətə hörmətlə qarşılıq versin. Biz hörmətlə sizə yanaşırıqsa, eyni münasibəti də sizdən gözləyirik".  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuz çayı üzərində 290 metr uzunluğa malik körpü inşa edilir  9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?