Arxiv
14 Oktyabr 2021, 16:30 | TƏHSİL
Aeroport yolundakı qəzaya səbəb olan sürücü bu universitetin tələbəsidir - AÇIQLAMA

Dünən Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 5 nəfərin həyatına son qoyan dəhşətli qəzanı törətməkdə təqsirləndirilən sürücü Mahmud Əzizov Bakı Mühəndislik Universitetinin 2-ci kurs tələbəsidir.

 

Bu barədə Modern.az-a onun tələbə yoldaşları məlumat veriblər.

 

Bakı Mühəndislik Universitetindən bildirilib ki, Mahmud Əzizov nümunəvi tələbələrdən olub.

 

"Həmin tələbə qəzadan bir gün əvvəl dərsdə iştirak etməyib. Mahmud Əzizov universitetimizdə əyani təhsil alan tələbələrindən idi. Orta səviyyəli, heç bir akademik borcu olmayan tələbədir. İndiyə qədər tələb yoldaşları, müəllimləri ilə heç bir problemi olmayıb. Dərslərdə iştirakı qənaətbəxşdir.

 

Qəza olan gün və ondan əvvəlki gün dərsə gəlməyib. Qəza baş verən gün qrup nümayəndəsinə bildirib ki, bu gün dərsdə iştirak etməyəcək”.

 

19 yaşlı Mahmud Əzizov Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan Mahmud Əzizov 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edirmiş.

 

Rəsmi açıqlamaya görə, hadisə zamanı Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli marşrut xətti üzrə 10 TH 116 DQ nömrəli sərnişin avtobusuna çırpılıb.

 

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?