Modern.az

Fransadan mina problemi ilə bağlı Azərbaycana TƏKLİF

Fransadan mina problemi ilə bağlı Azərbaycana TƏKLİF

Parlament

14 Oktyabr 2021, 19:07

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və qrupun üzvləri Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüblər.

 

Modern.az xəbər verir ki, Soltan Məmmədov Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etməsindən bir il keçdiyini diqqətə çatdırıb.

 

O, bu ərəfədə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyası üzvlərinin Azərbaycana səfərinin vacibliyini qeyd edib.

 

Soltan Məmmədov Azərbaycan-Fransa əlaqələrinin mövcud vəziyyətindən söz açıb.

 

Soltan Məmmədov azad edilmiş ərazilərdə Azərbaycanın apardığı quruculuq və bərpa işlərinə mane olan mina sahələri və onların təmizlənməsi problemindən bəhs edib.

 

Vurğulanıb ki, Ermənistan bütün mina xəritələrini Azərbaycana təqdim etsə, on minlərlə vətəndaşımızın həyatı və sağlamlığı təhlükədən xilas olar, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesi sürətlənər.

 

Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının prezidenti Jerar Şenel təmsil etdiyi komissiya haqqında, minalar və partlamamış döyüş sursatları problemi ilə bağlı Fransanın təcrübəsi barədə məlumat verib, bu sahədə Azərbaycanla əməkdaşlıq niyyətlərini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir