Modern.az

“Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi” - Spiker

“Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi” - Spiker

Parlament

15 Oktyabr 2021, 11:10

"Milli Məclisin iclası çox mühüm dövrə təsadüf edir. Belə ki, oktyabrın 18-də müstəqilliyimizin bərpasının 30 illiyini qeyd edəcəyik”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti tərəfindən Dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib:

 

“Amma müstəqillik əldə etmək az idi, onu qoruyub saxlamaq əsas idi. Lakin yeni dövrün tələbləriylə ayaqlaşmayan siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı inkişafdan söhbət gedə bilməzdi. Hərc-mərclik hakimiyyət davası cəmiyyəti dağılma təhlükəsiylə üzləşdirmişdi. Fürsətdən istifadə edən erməni silahlıları da torpaqlarımızın işğalını gündən-günə genişləndirirdi. Bu zaman xalqımızı AXC-nin taleyi gözləyə bilərdi. Ancaq böyük siyasi lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı dağılmaqdan xilas etdi. Heydər Əliyev xilaskarlıq missiyasını o dövrdə məhz bu binada parlament sədri kimi başlamışdı. 4 ay parlament sədri olduğu müddətdə qanunverici orqanının nüfuzunu qaldırmışdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir