Modern.az

Bu direktorlar vəzifəsindən azad edilib 

Bu direktorlar vəzifəsindən azad edilib 

16 Oktyabr 2021, 14:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki iki milli park və iki qoruğun direktoru vəzifədən azad olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Trend.az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2 direktor son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hazırda iki milli parkda və iki dövlət qoruğunda direktor vəzifəsi boşdur. Zaqatala və İlisu dövlət təbiət qoruqlarının direktorları son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, Şahdağ Milli Parkının direktoru 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin edilib, Qızılağac Milli Parkının direktoru isə öz ərizəsi ilə işdən ayrılıb. Onların vəzifələrini ya müavinləri, ya da müvəqqəti təyin olunan şəxslər icra edir".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub