Modern.az

İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

16 Oktyabr 2021, 17:13

İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.

 

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?