Modern.az

ABŞ-dan “F-35”-in əvəzinə \"F-16\" təklifi

ABŞ-dan “F-35”-in əvəzinə \

17 Oktyabr 2021, 13:59

“Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib”.

 

Modern.az-ın  xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata açıqlamasında bildirib.
R.T.Ərdoğan deyib ki, həmin vəsaitin geri qaytarılması üçün Türkiyə tərəfi danışıqları davam etdirir:

 

“ABŞ tərəfi isə bu ödənişin əvəzinə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif etmişdi. Bununla əlaqədar olaraq da biz ölkəmizin müdafiə sənayesi ehtiyaclarını qarşılamaq üçün hansı addımlar atmaq lazımdırsa, o addımları da atacağıq. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik. Problemin həlli üçün dialoqun tərəfindəyik.”. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir