Modern.az

Dünya Bankının nümayəndəsi Umud Rəhimoğlu ilə görüşüb

Dünya Bankının nümayəndəsi Umud Rəhimoğlu ilə görüşüb

17 Fevral 2010, 16:32

Dünya Bankının gənclər proqramının keyfiyyət, monitorinq və qiymətləndirilmə üzrə baş məsləhətçisi Azra Kaçapor Nurkiç Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təşkilatın sədri Umud Rəhimoğlu ilə görüşüb. Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, U.Rəhimoğlu BAMF-ın fəaliyyət istiqamətləri, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, humanitar və inkişaf sahəsində həyata keçirilən layihələr barədə qonağa məlumat verib, Dünya Bankının maliyyə vəsaiti ilə yerli və məcburi köçkün şagirdlər arasında həyata keçirilən “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi, stimullaşdırılması”  layihəsinin zəruriliyini bildirib. A.Nurgiç BAMF-la yaxından tanışlığına  çox şad olduğunu deyib.

 

Qonağı maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Həmin gün Azra Kaçapor Nurkiç Dünya Bankının və Yaponiyanın Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun maliyyə vəsaiti və  Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə müqavilə əsasında BAMF-ın həyata keçirdiyi “Ortaq məktəblərdə yerli və məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi,  stimullaşdırılması” layihəsinin monitorinqi ilə bağlı Bakı şəhərindəki 5 saylı orta məktəbdə olub. O, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndəsi Namiq İbrahimovla birlikdə layihə çərçivəsində kiçik qrant vəsaiti hesabına məktəb üçün alınan idman avadanlığının saxlanması və avadanlıqdan 5 saylı məktəbdə yerləşən 6 saylı Zəngilan orta məktəbi şagirdlərinin birgə istifadə olunması vəziyyəti ilə maraqlanıb. Dünya Bankının rəsmisi layihənin işçi heyəti,  ortaq məktəbdə yaradılmış şagird icma qrupunun üzvləri, 5 saylı Bakı şəhər və 6 saylı Zəngilan orta məktəblərinin direktorları ilə görüşüb və bu görüşlərdən razı qaldığını bildirib.

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir