Arxiv
18 Oktyabr 2021, 12:50 | PARLAMENT
“SOCAR zərərlə işləyir”- Deputatdan yeni tariflərə ŞƏRH

“Uzun illərdir ki, təbii qaz, elektrik enerjisi, yaxud su satışı xidmətlərini göstərən dövlət kommersiya şirkətləri satdıqları mal, göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərlə öz xərclərini təmin edə bilmirlər. Bunun əsas səbəblərindən biri istehsal və tədarük etdikləri malın maya dəyəri ilə satış tarifi arasındakı tərs mütanasiblikdir”.

 

Bunu Modern.az-a Tarif Şurasının işıq və qazın qiymətində dəyişikliklər etməsinin iqtisadi əsaslarından danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, yeni tariflər dəyişiklikləri əsas etibarilə yanacaq-enerji sektorunda liberal bazar prinsiplərinin təmin edilməsi və müasir bazar qaydaları əsasında xidmətlərin səmərəliliyinin təşkili ilə bağlı aparılan islahatların tərkib hissəsi hesab edilə bilər:

 

“Azad bazar iqtisadiyyatının əsas tələblərindən biri mal və xidmətlərin satışı ilə məşğul olan təsərrüfat subyektlərinin liberallığıdır. Azərbaycanda dövlət kommersiya şirkətləri zərərlə işləyir. Məsələn, qaz tədarükçüsü olan SOCAR (“Azəriqaz” İb bu qurumun tabeliyindədir) təbii qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olması səbəbindən zərərlə işləyir, yaxud topdansatış və pərakəndə satış əmsalları real xərc dəyərlərini ödəyə bilmir. Nəticədə zərəri örtmək üçün dövlədən dotasiya alır. Bu digər, dövlət şirkətlərində də xarakterik hallardan biridir. Məsələn, “Azərişıq” elektrik enerjisi üzrə mövcud tariflər əsasında işləyə bilmirdi. Bazar iqtisadiyyatı subsidiyalaşmanın azalmasını, minimallaşmasını tələb edir. Büdcə subsidiyası hesabına heç bir şirkət dayanıqlı fəaliyyət göstərə bilməz, özünün investisiya siyasətini yürüdə bilməz. Beləliklə, yanacaq-energetika sektorunda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Ona görə də, bu quqrmların satdıqları mal  və xidmətlərin özünütənzimləmə prinsipləri əsasında nizamlanmasına ehtiyac var idi, Tarif Şurasının bu qərarı da məhz həmin siyasətə xidmət edir.
Yeni tarif siyasəti qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına imkan yaradacaq, onların liberal bazar oprinsipləri əsasında qarşılıqlı tənzimləmə siyasəti həyata keçirməsini stimullaşdıracaq. Beləliklə, dövlət yanacaq-enerji sektoruna büdcədən  il ərzində xərclədiyi 100 milyonlarla manat həcmində subsidiyanı büdcənin əsas xərc bölmələrindən biri olan sosial sahəyə istiqamətləndirəcək. Büdcənin sosialyönümlü tədbirlərinin maliyyələşdirmə əhatəsi genişlənəcək, bu vəsaitlər isə ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıması məhz bu baxımından büdcədənin artan imknaları hesabına sosial siyasətin gücləndirilməsinə xidmət edir. Büdcəmizdə sobsidiyaların azalması sayəsində yaranan maliyyə vəsaitləri, eyni zamanda, iqtisadi artım nəticəsində büdcənin gəlirlərinin yüksəlməsi sosial müdafiə sahəsinə daha böyükhəcmdə maliyyə ayrılmasına əlverişli təminat verir”.

 

İqtisadçı deputat düşünür ki, sosial müdafiə sahəsində yeni addımlar növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər:

 

“Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır.

Qeyd edək ki, ölkəmizdə pandemiyadan əvvəl güclü iqtisadi artım meyilləri və büdcənin artan imkanları nəticəsində 2019-cu ildə əhalinin 3 milyon nəfərini əhatıə edən 2 sosial paket qəbul olunmuşdu. Bu siyasət davamlı olduğundan növbəti illərdə də nəzərdə tutulmuşdu. COVİD-19 pandemiyası səbəbindən bu soisla tədbirlər yubandı. Hazırda isə real maliyyə imkanlarının artması hesabına həmin sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb.

Beləliklə, dövlət başçısının yeni Sərəncamı beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Yəni, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Beləliklə, 2022-ci il yanvarın 1-dən ölkə üzrə 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58 Selçuk Bayraktardan başsağlığı 1 Dekabr 2021, 00:39 Niderland səfirindən qəza ilə bağlı AÇIQLAMA 1 Dekabr 2021, 00:11 Məktəb müəllimi koronavirusdan vəfat etdi 1 Dekabr 2021, 00:08 Laçının işğaldan azad edilməsindən 1 İL ÖTÜR 1 Dekabr 2021, 00:05 Aİ rəsmisindən helikopter qəzası ilə bağlı açıqlama 30 Noyabr 2021, 23:52 Zığdakı yanğın söndürüldü 30 Noyabr 2021, 23:32 İtaliyadan başsağlığı 30 Noyabr 2021, 23:13 İran silkələndi 30 Noyabr 2021, 22:59 BMT rəsmisindən başsağlığı 30 Noyabr 2021, 22:38 Ali təhsildə yeni ƏMƏKDAŞLIQ 30 Noyabr 2021, 22:15 Soçi bəyanatında Azərbaycanın MÖVQEYİ 30 Noyabr 2021, 22:13 Bakı-Naxçıvan təyyarəsi GERİ QAYITDI 30 Noyabr 2021, 21:57 Vilayət Eyvazov Rüstəm Mirəlizodanı qəbul etdi 30 Noyabr 2021, 21:51 Təqvimlərin savaşı: Noyabr qalibiyyət ayıdır – məğlubiyyət zənciri qırıldı 30 Noyabr 2021, 21:39 ABŞ Yunanıstana hərbi maşınlar verdi 30 Noyabr 2021, 21:33 Britaniyanın Baş qərargah rəisi istefa verdi 30 Noyabr 2021, 21:14 Qadın futbolçularımızdan ilk qələbə 30 Noyabr 2021, 20:54 "Qardaşlarımızın başı sağ olsun" - Akşener 30 Noyabr 2021, 20:31 Fələstin başsağlığı verdi 30 Noyabr 2021, 20:16 Fransa səfirindən başsağlığı 30 Noyabr 2021, 20:06 Jurnalistikanı çirkablara buraxmayaq 30 Noyabr 2021, 20:01 Ərdoğandan İlham Əliyevə başsağlığı - YENİLƏNİB 30 Noyabr 2021, 19:53 Kəşfiyyat haqqında qanuna DƏYİŞİKLİK 30 Noyabr 2021, 19:52 Britaniya səfirindən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:49 Elçin Quliyev: "Helikopter demək olar yenidir" 30 Noyabr 2021, 19:46 Prezident və birinci xanımdan şəhid hərbçilərin dəfni ilə bağlı TAPŞIRIQ 30 Noyabr 2021, 19:45 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ 30 Noyabr 2021, 19:41 Qəzada həlak olanlara şəhid statusu VERİLƏCƏK     30 Noyabr 2021, 19:34 "Yaralıların vəziyyəti normaldır" 30 Noyabr 2021, 19:28 Naxçıvanda döyüş atışlı taktiki təlimlər 30 Noyabr 2021, 19:27 Helikopter qəzası ilə bağlı şahidlər dindirilib 30 Noyabr 2021, 19:19 Helikopter qəzası ilə bağlı brifinq keçirildi - VİDEO 30 Noyabr 2021, 19:18 Siyasi müstəvidə növbəti ZƏFƏR 30 Noyabr 2021, 19:10 Türkiyəli nazirdən Azərbaycana başsağlığı 30 Noyabr 2021, 19:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?