Modern.az

Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama

Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama

19 Oktyabr 2021, 13:12

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimin intihara cəhd etməsilə bağlı rəsmi məlumat açıqlanıb.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən  izahat istənilib:

 

“Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.

 

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib. Həkim- laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib. Onu da qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək. Qeyd edək ki, hadisə ilə bağlı məlumatı ilk dəfə unikalorg.az yayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir