Arxiv
19 Oktyabr 2021, 15:50 | İQTİSADİYYAT
Baş nazirdən əmək pensiyalarının yenidən hesablanması ilə bağlı QƏRAR

Nazirlər Kabineti 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 

 

 

Qərara əsasən, bundan sonra sözügedən qaydalarla həm də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xüsusi rütbəli şəxslərinə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən ediləcək.

 

Bundan başqa, qaydalara edilmiş əlavələrə görə, məlumat vərəqindəki məlumatları təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi yoxlayır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

 

Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyasını Fond yenidən hesablayır.

 

Prezidentin Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti məlumat vərəqini və dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.

 

Dövlət orqanları strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə adlarında dəyişiklik edildiyi halda, dəyişikliyin aid olduğu vəzifəni xüsusi qeyd etməklə dəyişikliyin edildiyi tarixdən 7 iş günü müddətində Fonda məlumat verir. Yuxarıda adları çəkilən orqanlar istisna olmaqla, digər orqanlar bu cür məlumatlandırmanı müəyyən edilmiş formada kodlaşdırılmış siyahını yeniləyərək təqdim etməklə həyata keçirirlər.

 

Əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58 Bayramov-Mirzoyan görüşünün keçirilməmə səbəbi açıqlandı - RƏSMİ 4 Dekabr 2021, 13:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?