Modern.az

Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi

Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi

20 Oktyabr 2021, 11:20

Türkiyənin Tekirdağ vilayətində iyrənc cinayət baş verib. Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, vilayətin Muratlı qəsəbəsində satıcı işləyən şəxs iki 11 yaşlı qız uşağına təcavüzdə ittiham edilir.

 

70 yaşlı mağaza satıcısı S.E. azyaşlıların valideynlərinə verdikləri məlumat nəticəsində saxlanılıb.

 

Qızların yaxınları S.E çalışdığı mağazanın şüşələrini qıraraq etirazlarını bildiriblər. Hadisədən hiddətlənən ərazidə yaşayan sakinlər S.E-yə hücum ediblər. Onu sakinlərin əlindən polis son anda qurtara bilib.

 

Bundan əlavə onlar sosial media hesablarından hadisə ilə bağlı paylaşım edərək, insanlardan məsələni gündəmdə saxlamağı xahiş ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər