Modern.az

Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər BURAXILDI

Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülər BURAXILDI

Hadisə

21 Oktyabr 2021, 09:30

Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.


Hadisə sentyabrın 14-də Gorus-Qafan yolunda olmuşdu... 

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Gorus-Qafan yolunun Azərbaycanın ərazisinə düşən 21 km-lik hissəsi ordumuzun nəzarətinə alınıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir