Modern.az

“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq 

“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq 

21 Oktyabr 2021, 13:06

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

 

Modern.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

 

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır