Modern.az

Əməkdar artistin mədəsini kəsdilər

Əməkdar artistin mədəsini kəsdilər

22 Oktyabr 2021, 13:56

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib.

 

Modern.az xəbər verir ki, aktyor vəziyyəti barədə Axşam.az-a danışıb:



"On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orda qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım".

 

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi