Əfqanıstanın Nəngərhar vilayətinin Cəlalabad şəhərində naməlum şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
Modern.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticədə “Taliban” hərəkatının 4 üzvü ölüb.
Digər bir hadisədə avtomobilin minaya düşməsi nəticəsində bir uşaq həlak olub, üç nəfər yaralanıb.
Hücumun kimlər tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Akif İsmayılov