Arxiv
25 Oktyabr 2021, 09:52 | AKTUAL
Baş həkimin işi MƏHKƏMƏDƏ

Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri və dövlət vəsaitini mənimsəmələri faktları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

 

Aparılmış istintaqla Rəsul Baxşəliyevin Bakı şəhəri 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən onun təsərrüfat işləri üzrə müavini Zinyət İsmayılova ilə əlbir olaraq həmin xəstəxananın tibb bacısı Afət İbrahimova və təsərrüfat işçisi Əli Əliyevin köməkçiliyi ilə müvafiq rəsmi sənədlərə saxta məlumatlar daxil edərək 2009-2021-ci illər ərzində qeyd edilən tibb müəssisəsində müxtəlif vəzifələr tutmaqla faktiki olaraq işə gəlməyən 36 nəfər şəxsin əmək funksiyalarını yerinə yetirməsi görüntüsünü yaratmalarına, bu üsulla həmin işçilərə məxsus olub özlərində saxladıqları plastik əməkhaqqı kartlarına köçürülmüş cəmi 626 min 844 manat məbləğində pul vəsaitini mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

 

İş üzrə əldə edilmiş sübutlar əsasında Rəsul Baxşəliyev, Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Rəsmi məlumata görə, ibtidai istintaq zamanı vurulmuş maddi ziyanın 321 min 330 manat hissəsinin ödətdirilməsi təmin edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?