Modern.az

Evdən 8500 manat OĞURLADI

Evdən 8500 manat OĞURLADI

25 Oktyabr 2021, 10:52

Tovuz rayon Polis Şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.

 

İstintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabr ayının 22-də fərdi yaşayış evinə qeyri - qanuni yolla daxil olaraq oradan 8500 manat nağd pul oğurlayıb. Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir