Modern.az

10 “arzuolunmaz şəxs”: Hansı səfirlər Türkiyəni tərk edib?

10 “arzuolunmaz şəxs”: Hansı səfirlər Türkiyəni tərk edib?

25 Oktyabr 2021, 15:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 səfirin “arzuolunmaz şəxs” elan edilməsinə dair göstəriş verdiyini açıqlamışdı.

 

Modern.az xatırladır ki, buna səbəb olaraq, həmin ölkələrin iş adamı Osman Kavalanın həbsdən azad olunması ilə bağlı israrlı tələbləri olub.

“Kavala deyilən kəs Sorosun Türkiyə şöbəsidir. Onunla bağlı Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə həyasızlıqdır. Xarici işlər nazirimizə "siz dərhal bu 10 səfirin “arzuolunmaz səfir” elan olunması ilə məşğul olacaqsınız" tapşırığı verdim”-, deyə Ərdoğan açıqlama vermişdi.

 

Amma Almaniyanın Türkiyədəki səfirliyi diplomatik kanallarla səfirin “arzuolunmaz” şəxs elan olunması barədə heç bir bildiriş almadıqlarını söyləyib. Analoji açıqlamanı isə Finlandiya prezidenti də söyləyib.

 

ABŞ Dövlət Departamenti Ankaranın qərarı barədə məlumatlı olduqlarını amma Türkiyə XİN-dən məsələ ilə bağlı dəqiq informasiya gözlədiklərini qeyd edib.

 

Siyahıda Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir